Bizim haqda

Bizim haqda

Səyahət, yeni kəşflər və planetimizin gəzməli-görməli yerlərini sevərlər - xoş gəlmişsiniz! Xəyallarınızdakı səyahəti gerçəyə çevirə biləcək turizm agentliyinin saytına daxil olmusunuz!

 

AERO Travel şirkəti planetimizin bütün guşələrinə səyahətlərin təşkilini həyata keçirən çoxprofilli turizm agentliyidir. AERO Travel-i seçərək, keyfiyyətli, peşəkar xidmət və etibarlılığı seçmiş olursunuz.

 

Səyahət istəklərinizə və cibinizə uyğun ən yaxşı variantı seçməkdə yardımçınız olacağıq.

 

Əgər Siz məşhur və zamanla sınanmış kurortlarda istirahətə üstünlük verirsinizsə, Sizin üçün bir neçə "qaynar" turlar təklif edəcəyik. Əksinə, ənənəvi və hər kəsin üz tutduğu məkanları ziyarət etmək istəmirsinizsə, komfortunuzu tam şəkildə təmin edəcək, yeni variantlar tapacağıq.

 

Fərdi səyahətin təşkilini bizdən sifariş etdikdə, xoş mənada təəccüblənəcəksiniz! Axı biz nələri sevdiyinizi, ən xırda detallaradək, yadda saxlayırıq! Hansı aviaxəttlərlə uçmağa üstünlük verməyinizdən tutmuş, otelin pəncərəsindən açılan hansı mənzərənin ürəyinizcə olmasına qədər.

 

Qənaətli "qaynar" tur və ya VIP-paket əldə etdiyinizdən asılı olmayaraq, bizim üçün ən önəmli olan odur ki, istirahətinizdən zövq alasınız.

 

Biz öz müştərilərimizə böyük sayqı ilə yanaşırıq və onların bizə göstərdiyi etimadı daim xatırlayırıq. "Azərbaycanın ən yaxşı turizm agentliyi" adı uğrunda yarışda ön sıralarda qalmaq üçün gündən-günə işimizi təkmilləşdirməkdəyik.

 

Bu günədək xidmətlərimizdən yararlanan hər kəsə minnətdarlığımızı bildiririk və yeni dostlara və müştərilərə hər zaman şadıq!

 

Hər zaman sizlər üçün çalışan,

AERO Travel komandası