YAMAYKA

image

Yamaykanın paytaxtı olan Kinqston şəhəri adanın şərq hissəsində yerləşir. Bura ölkənin turizm mərkəzindən daha çox iqtisadi cəhətdən inkişaf etmiş olduqca müasir şəhəridir. Faktiki olaraq 1907-ci ildə baş vermiş zəlzələdən sonra yenidən qurulmuşdur. Böyük kruiz gəmilərinə baxa biləcəyiniz, muzeyləri, restoranları, su əyləncə mərkəzlərini ziyarət edə biləcəyiniz böyük bir liman yerləşir. Adanın şərqindəki Port Antonio əla çimərlikləri, möhtəşəm məşhur malikanələri ilə məşhurdur. Daha bir özəllik isə "Xəzinə adası" filminin burada çəkilməsi ilə bağlıdır. Burada zəngin yerli sakinlər yaşayır və bugünkü gündə sakit və yerli standartlara uyğun elit kurort zonadır.

Turistlər səyahət edərkən adətən adanın mərkəzi hissəsinə gedib çatmırlar. Çox maraqlı bir təbiətə malikdir, dağlara, göllərə və şəlalələrə rast gəlinir. Ən məşhur kurort zonası keçmiş balıqçılıq kəndi olan, indi isə çimərlik kurortuna çevrilmiş Oço-Rios şəhəridir. Spaniş-Taun keçmişdə ölkənin ən kriminal şəhərlərindən biri idi, hökümət hətta pulsuz təhsil və iş müqabilində əhalini silahı təhvil vermək üçün inandırmağa çalışırdı. Bu gün maraqlı bir müstəmləkə tarixi ilə təzad yaradan bir şəhərdir. Ranevey-Bey körfəzi Oço-Rios şəhərindən 20 dəqiqəlik məsafədə yerləşir. Hər tərəfdən yaşıl təpələr və dağlar ilə əhatə olunan bu kurort şəhəri rahat istirahət məkanlarını təklif edir. 

Yamaykanın qərb hissəsi turistlərin daha çox olduğu ərazisidir. Müxtəlif ölkələrdən olan turların əksəriyyəti məhz bura axın edir, burada ən populyar çimərlik kurortları və beynəlxalq şəbəkələrin otelləri var. Əsas turist mərkəzi Monteqo-Bey şəhəridir. Son illər ərzində bu kurort şəhərciyi zəngin insanların və məşhurların şöhrətini və nüfuzunu qazanmışdır, lakin burada ucuz otellər və restoranlar da var. Yamaykanın qərb hissəsində ikinci ən məşhur kurortu Neqril şəhəridir. Çimərlikləri dünyanın ən yaxşı on çimərliyi siyahısına daxildir, burada möhtəşəm dayvinq və snorkerlinq var. Gecə həyatı bir başqa zəngin olur. Vayt Haus Bey Yamaykanın cənub-qərb sahilində yerləşir, Monteqo-Bey şəhərindən saat yarımlıq yol ayırır. Bura qumlu çimərlikləri, cəngəllikləri ilə fərqlənən və yeganə olsa da, dəbdəbəli Karib dənizi üslubunda Sandals Whitehouse 5* otelinin yerləşdiyi ən isti tropik sahilidir.

MDB ölkələri vətəndaşları üçün hava limanına gəldikdən sonra 30 günədək qalma müddətində viza verilir və 20 ABŞ dolları məbləğində viza haqqı ödənilir.

14 oktyabr 2019 tarixindən etibarən turpaketlərin satışı

Qiymətlər iki nəfərlik 3320 manatdan başlayır

Qiymətə daxildir:

Uçuş Moskva-Yamayka-Moskva.

Seçilmiş kateqoriyalı otel və qidalanma

Transfer

Sığorta

Qiymətə daxil deyil: Bakı-Moskva-Bakı aviareysi, viza

TUR SİFARİŞİ