QALAALTI HOTEL & SPA (SHABRAN)

image

Qalaaltı Hotel & Spa - Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir.

 

Kompleks müxtəlif dizayn üslublarında tərtib edilmiş 152 superior, 15 suit otaq və 3 villa üçün nəzərdə tutulmuş, Azərbaycanda müasirlik və rahatlığı ilə digər otel və istirahət mərkəzləri arasında önə çıxır. Otaqlar LED televiziya, mərkəzi kondisioner və ventilyasiya sistemləri, İnternet, peyk TV və telefon ilə təchiz olunmuşdur. Unikal kompleks yaradıcıları bir mükəmməl və rahat istirahət üçün bütün şəraiti təmin etmişdirlər.

 

Qalaaltı tibbi-istirahət kompleksinin ərazisində, unikal avadanlığı ilə təchiz edilmiş, müasir "ÇIRAQ" tibb mərkəzi fəaliyyət göstərir. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir.

 

Kompleksin ərazisində yay terası olan restoran fəaliyyət göstərir. Burada sizə həkim-diyetoloqun tövsiyyələri əsasında tərtib olunmuş xüsusi deiyetik menyu, eləcə də həm Azərbaycan, həm də Avropa mətbəxinin təamları təklif olunur.

 

Qalaaltı Tibbi-istirahət kompleksində əvəzolunmaz sülh və əminamanlıq atmosferası hökm sürür. Əgər bu sizin arzu etdiyiniz şeydirsə onda bizə müraciət edin və yeni formatda istirahətin bütün faydalarından yararlanın.

 

OTEL SİFARİŞİ