HOLIDAY INN BAKU

image

Holiday Inn Baku oteli Qız Qalası memarlıq abidəsindən 1,5 kilometr məsafədə yerləşir. Otel binasında sağlamlaşdırma mərkəzi, sauna və örtülü hovuzlu spa-mərkəz fəaliyyət göstərir. Otel ərazisində pulsuz Wi-Fi-dan yararlana bilərsiniz. Qonaqlar pulsuz yeraltı avtodayanacaqdan istifadə edə bilərlər. Bakı Bulvarına, Hökümət Evinə və iri ticarət mərkəzlərinə gəzinti cəmi bir neçə dəqiqənizi alacaq.

 

Pəncərələri, kondisionerli, düz ekranlı televizorlu və mini-barlı otaqlar qonaqların xidmətindədir. Qonaqlara lük hamam ləvazimatları təqdim olunur.

 

Qonaqlar Xəzər dənizinə panoraması olan Marina 18 restoranına baş çəkə, həmçinin birbaşa nömrəyə yemək, içki və səhər yeməyinin çatdırılmasını sifariş edə bilərlər. Illy kafesində geniş çeşiddə ev şirniyyatları və pirojnalar təqdim edilir, Sagi launc-barda və Mezzanine launcunda müxtəlif içkilərdən içə bilərsiniz.

 

Avtomobil ilə Heydər Əliyev Mərkəzinə 10 dəqiqəyə, İçərişəhər və Şirvanşahlar Sarayına 8 dəqiqəyə, Bakı Olimpiya Stadionuna isə 12 dəqiqəyə çata bilərsiniz.

 

Holiday Inn Baku oteli Bakı Dəmir Yolu Vağzalından 1 km., Heydər Əliyev adına Beynəlxalq Hava Limanından isə 23 km. məsafədə yerləşir.

 

OTEL SİFARİŞİ