EXCELSIOR HOTEL BAKU

image

Dəbdəbəli 5 ulduzlu Excelsior Hotel & Spa Heydər Əliyev adına Beynəlxalq Hava Limanından cəmi 25 dəqiqəlik məsafədə yerləşir. Müasir və klassik üslublarda tərtib olunmuş müxtəlif otaqlar, eləcə də böyük üzgüçülük hovuzu və gözəl spa-salon sizin xidmətinizdədir.

 

Excelsior Hotel & Spa öz möhtəşəm binası və geniş mərmər döşəməli vestibülü ilə görənləri heyrətə gətirir. Qonaqlara peyk televiziyası, isti içkilərin hazırlanması üçün ləvazimatlar və yüksək keyfiyyətli divanlarla təmin olunmuş dəbdəbəli otaqlar təklif olunur. Bundan əlavə, bəzi nömrələr hidromasaj vannası və düz ekranlı televizorla təchiz edilib.

 

Excelsior Hotel & Spa Baku-da başdan ayağa dəbdəbə və zərifliklə əhatə olunacaqsınız. Sayı 61 olan yüksək zövqlə dekorasiya edilmiş gözəl nömrələrdə və dəbdəbəli süitlərdə lüks oteldən gözləyə biləcəyiniz bütün müasir rahatlıqlar təmin edilir.

 

Excelsior Hotel & Spa Baku şəhərin ən böyüklərdən birin olan nömrələri təklif edir, hansında ki, gecə-gündüz otaq xidməti, 24-saat qəbul, şəxsi seyf, şəxsi poçt və dinamikli iki xəttli telefonlar, pulsuz simsiz İnternet, pulsuz çay və qəhvə, iaşə mərkəzləri, böyük vanna otaqları, yumşaq xalatlar və çətənəklər, hamam ləvazimatları və kardiner xidmətlərinin daxildir.

Belvedere Fish & Steak restorannında açıq bufet tərzində möhtəşəm səhər yeməyi düzülür, həmçinin dünya mətbəxinin təamları və şəhərdə ən yaxşı balıq yeməkləri verilir. L'Patisserie butik-kafesində siz ləziz şirniyyatlardan, eləcə də müxtəlif ekzotik çay növlərindən dada bilərsiniz. Gecə saatlarınadək işləyən L’atelier barında sizə geniş çeşidli spirtli içkilər və kokteyllər, dadlı qəlyanaltılar və müxtəlif siqarlar təklif edəcəklər.

 

Excelsior Baku Hotel & Spa-da qonaqlar ultramüasir trenajor zalı ilə təchiz olunmuş Aura spa-salonunu ziyarət edə bilərlər, həmçinin açıq tennis kortu, sauna və masaj xidmətlərindən yararlana bilərlər.

 

Otel Bakı Dəmiryolu vağzalından 3 km-lik, Fəvvarələr meydanı və Prezident sarayından isə 5 km-lik məsafədə yerləşir.

 

OTEL SİFARİŞİ