SAPPHIRE HOTEL BAKU

image

Şəhərin düz mərkəzində yerləşən Sapphire Hotel Baku aktiv həyat tərzi yaşayanlar üçün və ya şəhərin əsas görməli yerlərini ziyarət etmək istəyən xarici qonaqlar üçün əla seçimdir. Biznes, ticarət və əyləncə, mədəniyyət mərkəzləri, Dənizkənarı Bulvar, Fəvvarələr Meydanı - bütün bunlar əlinizin altında olacaq.

 

Sapphire Hotel Baku otelinin qonaqlarının əlavə rahatlığı üçün isə taksi sifarişi və fərdi parkinq xidmətləri təklif olunur. Otelin nömrələrində qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Otaqlar kondisioner sistemi, kabel televiziyası, internet ilə təchiz edilib. Oteldə siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb. Oteldə həmçinin otaqların 24 saat ərzində xidməti, camaşırxana və quru təmizləmə xidmətləri, fərdi parkinq, görüşlərin və tədbirlərin təşkili, restoran və bar kimi xidmətlər təqdim olunub.

 

OTEL SİFARİŞİ