SAPPHIRE MARINE

image

Şixov qəsəbəsində yerləşən Sapphire Marine Hotel ziyarətinizin səbəblərindən asılı olmayaraq sizin üçün əla seçim olacaq. İş, ailəvi istirahət, dostlarla birgə istirahət və ya sadəcə təklikdə qalmaq istəyi - bu otel bütün hallar üçün əlverişlidir.   

 

Sapphire Marine Hotel 36 geniş otaqlardan ibarətdir. Onlardan 17-si biznes, 14-ü delyuks, 5-i isə birləşdirilmiş nömrələrdir. Otelin nömrələrində iki və daha çox qonaqların yerləşdirilməsi mümkündür. Nömrələrdə dənizə baxan eyvanlar var. Oteldə həmçinin siqarət çəkən və çəkməyən qonaqların maraqları da nəzərə alınıb.

 

Otelin nömrələri bütün müasir rahatlıqlarla təchiz edilib: kondisioner sistemi, kabel televiziyası, İnternet. Otel tərəfindən həmçinin otaqların 24 saat ərzində xidməti, camaşırxana və quru təmizləmə xidmətləri, parkinq xidməti, görüşlərin təşkili, restoran, bar, fitnes və spa prosedurlar kimi xidmətlər təqdim olunub.

 

OTEL SİFARİŞİ