PARK INN BY RADISSON

image

Otel şəhərin düz mərkəzində, olduqca rahat və əlverişli yerdə yerləşir. Belə ki, siz Heydər Əliyev adına Beynəlxalq Hava Limanına avtomobil ilə cəmi 25 dəqiqəyə çata bilərsiniz, Bakı dəmiryol vağzalı 2 km. "Sahil" metro stansiyası isə oteldən 500 m. aralıqda yerləşir. Otel həmçinin Bakı Bulvarına da çox yaxındır. Qısa zaman ərzində siz izdihamlı Nizami küçəsinə çata və dəbdəbəli mağazalardan alış-veriş edə bilərsiniz.

 

Oteldə 248 standart və lüks nömrələr təklif olunur. Otaqlarda bir sıra rahatlıqlar mövcuddur, onlar arasında: 24 saat otaq xidməti, çay və qəhvə hazırlmaq üçün zəruri olan ləvazimatlar, otaq temperaturunun fərdi kontrol sistemi, həmçinin pulsuz yüksək sürətli simsiz İnternet. Bundan əlavə siz peyk televiziyası vasitəsilə sevdiyiniz verlişləri izləyə və ya sadəcə olaraq pəncərələrdən dənizə və şəhərə açılan füsünkar mənzərəni seyr edə bilərsiniz.

OTEL SİFARİŞİ