RAMADA HOTEL

image

Bibiheybət qəsəbəsində yerləşən bu beşulduzlu otel öz şəxsi çimərliyinə və yaxta limanına malikdir. Bir neçə hovuzu olan fitnes mərkəzi, eləcə də Xəzər dənizinə ecazkar mənzərəsi olan, gözəl tərtibatlı otaqlar qonaqların xidmətindədir.

 

Ramada Baku otelinin bütün nömrələri kondisioner, düz ekranlı televizor, mini-bar və isti içkilər üçün ləvazimatlarla təchiz edilmişdir. Bundan başqa qonaqlara xələtlər və yüksək keyfiyyətli hamam və kosmetik ləvazimatları təqdim edilir.

 

Səhərlər oteldə isti və soyuq yeməklərin olduğu bol nemətli "isveç süfrəsi" düzülür. Gün ərzində qonaqlara Azərbaycan və Türk mətbəxlərinin özəl təamları təklif edilir. Həmçinin bağda və ya hovuzda içkilər sifariş edə bilərsiniz.

 

Ramada otelinin sağlamlaşdırma klubunda trenajor zalı, şezlonqlu açıq hovuz, həmçinin buxar hamamı mövcuddur.

 

Buradan Şirvanşahlar Sarayı və Qız Qalasına cəmi 10 dəqiqəyə çata bilərsiniz. Əlavə ödəniş ilə aeroporta və aeroportdan transfer təşkil etmək mümkündür. Pulsuz avtodayanacaq qonaqların ixtiyarındadır.

 

OTEL SİFARİŞİ