SHAH PALACE HOTEL

image

Əzəmətli və eleqant dizayna malik "Shah Palace" Oteli Bakının düz mərkəzində - İçərişəhərdən 50 metr aralıqda yerləşir. Shah Palace Oteli biznes qonaqlama və turistik istirahət üçün ixtiyarınıza 35 nəfis otaq verir. Otel 2 ədəd Prezident Suit, 3 ədəd Suit, 2 ədəd kiçik ölçülü Suit, 17 ədəd Standart bir nəfərlik və 6 ədəd iki nəfərlikotaq, 5 ədəd Standart siqaret çəkilməyən otaq növləri olmaqla, həm İçəri Şəhərin tarixi küçələrinə, həm də Otelin Atrium lobbisinə açılmaqla müştərilərin rahatlıq və zövqünü təmin edir.

 

Oteldəki bütün nömrələr kondisioner, düz ekranlı televizor, DVD-pleyer və mini-barla təchiz edilmişdir. Bundan başqa qonaqlara xələtlər və yüksək keyfiyyətli hamam və kosmetik ləvazimatları təqdim edilir. Hər səhər oteldə isti və soyuq yeməklərin olduğu bol nemətli "isveç süfrəsi" düzülür. Otelin restoranlarında qonaqlara Azərbaycan və Avropa mətbəxlərinin ən ləziz təamları təklif edilir, barda isə cürbəcür içkilər və kokteyllər sifariş edə bilərsiniz.

 

Buradan İçərişəhərə cəmi 10 dəqiqəyə çata bilərsiniz, Dənizkənarı Bulvar isə oteldən 1.5 km. aralıqda yerləşir. Oteldən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına olan məsafə 20 km. təşkil edir.

 

OTEL SİFARİŞİ