CHINAR HOTEL & SPA (NAFTALAN)

image

Chinar Hotel & SPA Naftalan Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərinin yaxınlığında yerləşir. Təmiz havaya və ideal ekologiyaya sahib OLAN bu gözəl yer şam ağacları parkı ilə əhatə olunub. Burada bütün ailə ilə birgə çox gözəl istirahət etməklə yanaşı, həm də sağlamlığı qaydaya salmaq mümkündür.

 

Chinar Hotel & SPA Naftalan rahat və komfortlu beş ulduzlu otel olmaqla yanaşı, həm də texnikanın son nailiyyətləri ilə təchiz olunmuş müalicəvi sanatoriyadır. Burada Sizə naftalan neftinin köməyi ilə bir çox xəstəliklərdən xilas olma və ən müasir sağlamlaşdırma üsulları təklif ediləcəkdir. Naftalana sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəlikləri, sonsuzluq, eləcə də qaraciyər xəstəlikləri uğurla müalicə olunur.

 

Chinar Hotel & SPA Naftalanda əsl peşəkarlar çalışır və onların əsas vəzifəsi Sizin istirahətinizi son dərəcə gözəl, asudə vaxtınızı isə unudulmaz etməkdir. Həmçinin burada Siz gözəl incəsənət əsərləri kolleksiyası və müasir interyer dizaynının əsl şah əsərlərini tapacaqsız. Chinar Hotel & SPA Naftalan trenajor zalına, hovuza və saunaya da sahibdir.

 

Sağlamlaşdırma kompleksi ərazisində biokimyəvi və klinik dioqnostik laboratoriya və funksional dioqnostika kabineti də yerləşir. Mütəxəssislər hər bir qonaq üçün fərdi olaraq lazımi prosedurlar seçirlər. Müalicə kursu adətən 14 gün təşkil edir. Lakin oteldə qalma müddəti heç bir qaydada nizamlanmır.

 

Chinar Hotel & SPA Naftalan qonaqların yerləşdirilməsi üçün müxtəlif variantlar təklif edir. Burada həm standart otaqlar, həm də Super Luxe vardır.

 

OTEL SİFARİŞİ