GASHALTI HEALTH HOTEL (NAFTALAN)

image

“Qashaltı” sanatoriysanda Siz xoş və faydalı istirahət etmək üçün lazım olan hər şey tapa bilərsiniz. Avropa keyfiyyətli servis burada milli qonaqpərvərlik ilə bir araya gəlməkdədir. Sanatoriyada rahat komfortlu otaqlara sahib olan otel, idman kompleksi və poliklinika yerləşir. Qonaqlara hovuzdan, fin və türk saunasından, sualtı üzgüçülük hovuzundan, yod-brom vannalarından istifadə etmək təklif edilir. Eyni zamanda fizioterapiya şöbəsi və istiliklə müalicə kafedrası da Sizin xidmətinizdədir. “Qashaltı” sanatoriysanda yalnız yüksək ixtisaslı mütəxəssislər çalışır və ancaq müasir cihazlardan və texnologiyalardan istifadə olunur.

 

Sanatoriyada qonaqlar üçün rahat standart otaqlar və bir neçə lyuks apartamentlər vardır. Qonaqlar keyfiyyətli müalicə ilə yanaşı, həm də maraqlı istirahətlə təmin olunurlar. Sanatoriyanın əyləncə korpusunda müasir 3D kinoteatr, bilyard və boulinq zalı və hətta müxtəlif oyun avtomatları zalı belə vardır. Ərazidə ən müasir trenajorlarla, həmçinin dayaq hərəkət aparatının normal fəaliyyətinin bərpası üçün tibbi avadanlıqla təchiz olunmuş fitnes və idman zalı fəaliyyət göstərir. Sanatoriyada mini futbol, basketbol və voleybol meydançaları da vardır.

 

5 nəfərdən artıq qruplar üçün həm standart kateqoriyalı rahat kotteclər, həm də Lyuks kotteclər təklif olunur. Təklif olunan hər bir yerləşmə variyantında mini bar, kabel televiziyası, beynəlxalq telefon şəbəkəsi,internet, kondisioner vardır. Bütün otaqlar 5 ulduzlu otellerdə yerləşdirilməüzrə mövcud olan beynəlxalq tələblərə cavab verir.

 

Diqqət! 6 yaşından kiçik olan uşaqlara icazə verilmir.

 

OTEL SİFARİŞİ