Visa

Visa

AERO Travel şirkəti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında əcnəbi vətəndaşlara e-Visa xidmətinin göstərilməsi fəaliyyətini həyata keçirir.

 

e-Visa - Azərbaycana giriş vizasını almağın ən tez və ən rahat üsuludur. Bu yolla siz Azərbaycanın xaricdəki konsulluğuna baş çəkmək və ya kuryer xidmətindən istifadə etməklə bağlı narahatlıqlardan və xərclərdən azad olunursunuz.

 

Elektron Visa Azərbaycan ərazisinə giriş və ölkə daxilində səyahət hüququnu verən rəsmi sənəddir. Elektron Visa Azərbaycan Konsulluqlarında və giriş məntəqələrində verilmiş vizalara alternativdir.

 

AERO Travel şirkəti olaraq e-Visa alınmasında pəşəkar köməklik göstəririk. Vizanın alınması üçün, turistlər tərəfindən sadəcə bizə elektron poçt vasitəsilə bütün lazımi informasiyanı göndərməkləri kifayətdir, daha sonra bizim menecerlər özləri müvafiq sorğu ilə Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edəcəklər.

 

Elektron vizanın təsdiq edilməsi 15 iş gününədək çəkə bilər. Təsdiq edildikdən sonra viza elektron poçt vasitəsilə turistə göndərilir və Azərbaycana giriş üçün turist sadəcə bu sənədi çap edərək, onu sərhəddə göstərməlidir. Bu viza 30 gün ərzində etibarlıdır və Azərbaycanın bütün sərhəd məntəqələrində təqdim oluna bilər (hava limanı, dəmiryolu vağzalı, dəniz vağzalı, avtomobil).

 

Elektron vizanın alınması üçün lazım olan sənədlər:

 

  1. Elektron viza üçün doldurulmuş və imzalanmış anket.

 

  1. Yüksək ayırdetmə dəqiqliyi ilə rəqəmsal foto (ağ fonda baş və çiyinlə, JPEG format).

 

  1. Pasportun və ya giriş sənədinin yüksək ayırdetmə dəqiqliyi rəngli kopyası. (Passport Azərbaycana giriş günündən minimum altı aya qədər etibarlı olmalıdır).

 

  1. Viza rüsumunun ödənişinin təsdiq edilməsi.

 

  1. Oteldən təsdiq edilmiş vauçer.

 

  1. Aviabilet və ya rezervasiyanın təsdiqi. Əgər Siz Azərbaycana gediş-gəlişi başqa üsullarla edirsinizsə, zəhmət olmasa səyahət vasitəsinin növünü bizə bildirin və nəqliyyat vasitəsinin tipini, avtomobilin nömrəsi və sərhədin kəsişmə nöqtəsini qöstərin.

 

Anketi çap hərfləriylə doldurun və sonda imzalamağı unutmayın. Əlavə hər hansı sualınız yaranarsa, bizə müraciət edə bilərsiniz. Formalar skanerdən çıxarılmış və maksimum 300 KB ölçüdə, JPEG formatında bizə göndərilməlidir.

 

Bütün yuxarıda göstərilən sənədləri elektron poçtla AERO Travel-ın məsul əməkdaşına göndərmək lazımdır. Bundan sonra vizalar üzrə menecerlər elektron vizanın rəsmiləşdirilməsi üzrə Xarici İşlər Nazirliyinin saytının xüsusi bölməsinə bütün informasiyanı daxil edəcəklər. Xarici İşlər Nazirliyi tərəfindən informasiyanın emalı vaxtı adətən 15 iş gününədək çəkir. Elektron viza təsdiq ediləndən və hazır olandan sonra, PDF formatında turistə elektron poçt vasitəsilə göndərilir.

Şengen vizasını haradan almaq olar?

Şengen vizası üçün müraciət etməyi planlaşdırarkən etməli olduğunuz ilk şey hansı ölkəyə müraciət etməyinizi müəyyənləşdirməkdir. SONRA İSƏ İstədiyiniz ölkənin konsulluğuna birbaşa müraciət edə bilərsiniz.
Hal-hazırda Şengen bölgəsi vahid viza siyasətini həyata keçirən və sənədləşmə işinə standart tələblər qoyan 26 dövlətdən ibarətdir. Fərqli ölkələrin konsulluqlarında viza prosedurları ətraflı şəkildə fərqlənə bilər, lakin əsas prinsiplər eynidır. Şengen vizasını haradan almaq olar? Təyinat ölkəsinin konsulluğuna birbaşa müraciət edə bilərsiniz, bu halda ola bilər: ümumi növbə, telefonla və ya İnternetlə görüş. Bir xidmət provayderi (viza mərkəzi və ya kuryer xidməti) və ya səyahət agentliyi vasitəsilə. Vizanın dəyərinə xidmət haqqı əlavə olunur.

 

Şengen vizası üçün sənədlərin siyahısı.

• Səyahət sənədi (pasport).

• Viza üçün müraciət (ərizə forması).

• Ağ fonda biometrik fotolar (3.5 X 4.5)

• Viza haqqı.

• Səyahət sığortası.

• Səyahət təsdiqlənməsi (otel, mənzil və s.)

• Maliyyə mənbələrinin təsdiqlənməsi (bank arayışi, bank kartı)

• Daimi yaşayış ölkəsinə qayıtmaq niyyətinin təsdiqlənməsi.

• Qeyd dəftərxanasının surəti

• Uşağın metirkasının surəti

. ŞƏXSİYYƏT VƏSİQƏSİ (SURƏTİ)

 

Viza sifarişi