Turistik sığorta

Turistik sığorta

Turistlərin bir çoxu xaricə üz tütdüqları zaman, bütün nüansları ölçüb biçirlər, lakin, nədənsə, turistik sığortanı nəzərdən qaçırırlar. Həmyerlilərimiz arasında belə bir fikir var ki, xaric – sanki bir cənnətdir və orada turistlə heç bir xoşagəlməz hal yaşana bilməz. Buna görə də turistik sığortaya bir qədər barmaqarası yanaşma mövcuddur. Belə yanaşma heç də düzgün deyil, çünki səyahət zamanı bir çox gözlənilməz hallarla üz-üzə qala bilərsiniz, həmçinin sağlamlığınızla bağlı problem yaşaya bilərsiniz.

 

Xaricə səyahət edən turistlər üçün sığorta şəhadətnaməsi sərhədi keçdikləri andan etibarən qüvvədə olmağa başlayır. Əgər turist artıq xaricdədirsə, bu sığortanı rəsmiləşdirmək qeyri mümkündür. Səyahətçilər özlərini vaxtında sığortaladıqda, digər dövlətin ərazisində özlərini qorunmuş və rahat hiss edə bilərlər.

 

AERO Travel şirkəti sığorta şirkəti ilə müqaviləyə əsasən turistlərin sığortasını həyata keçirir. Xaricə və ya Azərbaycan daxilində səyahət etdiyinizdə, sığorta ilə Siz səyahət zamanı yarana bilən bir çox problemlərdən özünüzü qorumuş olursunuz.

 

Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, sizə zamanında tibbi, nəqliyyat, hüquqi, inzibati və ya digər lazımi yardım göstərilsin və bu xidmətlər ödənilsin. Səyahət müddətində Siz özünüzü istənilən vəziyyətdə rahat və əmin hiss edə bilərsiniz.

 

Sığorta şəhadətnaməsi nə üçün lazımdır?

 

İlk növbədə, sığorta şəhadətnaməsi vizanın rəsmiləşdirilməsi zamanı lazımdır, sığorta olmadan səfirliklər Sizə viza verməkdən imtina edəcəklər. (sığorta şəhadətnaməsinin mövcudluğu - biometrik pasport üzrə giriş üçün məcburi tələbdir). Lakin hətta viza rəsmilşədirilməsi qaydaları turistik sığortanın mövcudluğunu tələb etmirsə belə, onu almaq olduqca vacibdir, çünki səyahət müddətində hər hansı xoşagəlməz hal baş verdikdə, bu sizin təhlükəsizliyinizin təminatıdır. Şığorta şəhadətnaməsi şığortalanmış şəxsə lazımi köməyin göstərilməsini təmin edir və bu xidmətlər üçün ödənişdən azad edir.

 

Sığorta şəhadətnaməsi nəcə işləyir?

 

Fövqaladə hal baş verdiyi zaman siz şəhadətnamədə göstərilmiş nömrə ilə sığorta şirkətinin nümayəndəliyinə zəng etməlisiniz, operatorlar bütün zəruri tibbi və digər yardımı təşkil edəcəklər.

 

Turistik sığortanın istiqamətləri

 

  • Tibbi sığorta;
  • Bədbəxt hadisədən sığorta;
  • Yükün sığortası;
  • Səyahətin baş tutması qeyri-mümkün olduğu halda xərclərdən sığorta;
  • Reysin ləngiməsindən və uçuşun baş tutmamasından sığorta.

 

Və bir çox digər şığorta növləri.

 

Sığorta ilə hansı xərclər qarşılanır?

 

Sığorta şəhadətnaməsi sığortalanmış şəxsə xaricdə tibbi, hüquqi, inzibati və digər xidmətlərin göstərilməsi ilə bağlı xərclərdən azad olmasını təmin edir.

 

Turistik viza ilə aşağıdakı xərclər qarşılanır:

 

  • ambulator və xəstəxanada müalicə;
  • tibbi nəqletmə və təxliyyə;
  • yükün oğurlanması, itkisi və xəsarəti;
  • Səyahətin dayandırılması və ləğvi ilə bağlı səyahətçiyə dəymiş maddi ziyan;
  • bilmədən və qəsdsiz hərəkətlər nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlakına dəyimiş zərər.

 

Səyahət zamanı özünüzün və əzizlərlərinizin təhlükəsizliyinin qeydinə qalın!

 

Sığorta sifarişi