MICE

MICE

İşgüzar turizm

MICE — MICE müxtəlif tədbir adlarının baş hərflərindən alınan ingilis dilli abreviaturadır:

М — Meetings (danışıqlar, müşavirələr, görüşlər, təqdimatlar);

I — Incentives (əsasən istirahət məqsədi ilə şirkət əməkdaşları üçün təşkil olunan həvəsləndirici səfərlər);

С — Conferences (konfranslar, təlimlər, timbildinq, treninqlər və s.);

E — Exhibitions (sərgilər, tədbir turizmi, korporativ tədbirlər).

 

AERO Travel-da Siz "işgüzar turizm" kateqoriyasından olan istənilən xidmətdən yararlana bilərsiniz. Bizə müraciət edin, bütün təşkilati məsələlərin həllini öz üzərimizə götürməyə hazırıq!

 

Meetings

Biz - işgüzar görüşlərin təşkili üçün bütün lazımi resurslara və təcrübəyə malik peşəkarlar komandasıyıq. Partnyorlarınız və sifarişçilərinizlə işgüzar görüşlərin təşkilini bizə etibar etsəniz, əmin ola bilərsiniz ki, hər şey ən yüksək səviyyədə keçiriləcək.

 

Incentive

Şirkət əməkdaşları üçün həvəsləndirici turlar personalın inkişafı üçün mühüm və səmərəli vasitə sayılır. Bu cür praktika personalı daha fəal işə və daha yaradıcı yanaşmaya stimullaşdırır, yaradıcılıq potensialının üzə çıxarılmasına və yeni bacarıqların əldə edilməsinə imkan yaradır. Bizim təcrübəmiz Sizə insentiv keçirilməsi üçün ən maraqlı və sərfəli variantları təklif etməyə imkan verir.

 

Conference

Konfrans, simpozium, konqres, işgüzar görüş, korporativ bayram, Azərbaycanda və ya xaricdə, iştirakçıların sayından asılı olmayaraq, istənilən sahədə və formatda. Əməkdaşlarımız belə tədbirlərin təşkilini qısa müddət ərzində, keyfiyyətli, peşəkarcasına həyata keçirəcəklər və yüksək səviyyəli qüsursuz xidməti təmin edəcəklər.

 

Events

Korporativ Yeni İl, ad günləri, şirkətlərin yubileyləri, idman və mədəni tədbirləri - bizim əməkdaşlar istənilən tədbiri yaddaqalan etməyə qadirdirlər. Məkan seçimi, bədii və musiqi tərtibat, çıxış edəcək artistlərin və menyunun seçimi, ssenari işlənilməsi, nəqliyyat dəstəyi, mükafat və hədiyyələrin alınması — bütün bunları bizə etibar edə bilərsiniz.

 

MİCE sifarişi

Kofe fasiləsi